Ranyeri: "Monako"nu tərk etmək niyyətim yoxdur"

Ranyeri: "Monako"nu tərk etmək niyyətim yoxdur"
XƏBƏR 7 Aprel 2014 / 13:00 1514
-  A +

"Monako" klubunun baş məşqçisi Klaudio Ranyeri gələcək karyerası ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qol.Az-ın məlumata görə, "Canal+"ə danışan təcrübəli mütəxəssis yeni mövsümdə də Monakoda qalacağını bildirib:

"Karyeramı digər klubda davam etdirəcəm? Bunların hamısı şayiədir. "Monako"nu tərk etmək niyyətim yoxdur. Burada xoşbəxtəm və klub prezidenti də işimdən razıdır. Əminəm ki, növbəti mövsüm də "Monako"da çalışacağam".

Qeyd edək ki, "Monako" Fransa Liqasında lider PSJ-dən 13 xal geri qalır. 

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner