"Premyer Liqanın Messisiyik"

"Premyer Liqanın Messisiyik"
XƏBƏR 6 Aprel 2014 / 16:48 2847
-  A +

"Mançester Siti"nin futbolçusu Serxio Aquero Luis Suarezlə özünü Premyer Liqanın Messisi adlandırıb.

Qol.Az-ın məlumatına görə, La Liqada Ronaldo və Messi rəqabətindən danışan argentinalı hücumçu mətbuata açıqlamasında Suarezi və özünü Messiyə bənzədib.

"İngilətərənin Messi və Ronaldosuyuq demək istəmirəm. Çünki hər ikimiz Messiyik. Yəni mən argentinalıyam, Suarez isə cənubi amerikalı olduğundan bizi Messiyə bənzətmək düzgün olardı".

Aquero həmyerlisi olan Messiyə heyran olduğunu bildirib: "O həqiqətən də çox istedadlı bir futbolçudur. Futbolu asanlaşdırır. Bizə dünya kubokunu qazandıracağına inanıram".

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner