"Ən yaxşı olduğumu Mourinyoya inandırmalıyam"

"Ən yaxşı olduğumu Mourinyoya inandırmalıyam"
XƏBƏR 5 Aprel 2014 / 15:48 2460
-  A +

"Çelsi" klubunun hücumçusu Fernando Torres hazırkı çıxışını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "The Independent"ə danışan ispaniyalı futbolçu özünü baş məşqçisi Joze Mourinyoya sübut etməli olduğunu bildirib:

"Mourinyo ən yaxşı hücumçuları meydana buraxır. Onun mənə qarşı xüsusi münasibəti yoxdur. Mourinyo məni meydana o zaman buraxır ki, həmin vaxt mənim daha faydalı olacağımı düşünür. Burada baş məşqçini günahlandırmamalıyam, bu vəziyyətə uyğunlaşmalıyam. Bilirəm ki, daha yaxşı ola bilərəm. Məsuliyyəti üzərimə götürməliyəm və daha çox çalışmalıyam. Ən yaxşı olduğumu Mourinyoya inandırmalıyam".

Daha çox


Son xəbərlər