Droqba "Qalatasaray"dan ayrılacaqmı?

Droqba "Qalatasaray"dan ayrılacaqmı?
XƏBƏR 4 Aprel 2014 / 19:53 2427
-  A +

"Qalatasaray"ın futbolçusu Didye Droqbanın İstanbul klubundan ayrılıb-ayrılmayacağı bu ayın sonunda dəqiqləşəcək.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Cim-Bom"un prezidenti Ünal Aysal jurnalistlərə açıqlamasında deyib ki, Fildişi sahilli hücumçunun komandada qalmasını istəyir. Ancaq oyunçu ilə bağlı yekun qərar aprelin sonunda veriləcək:

"Qalatasaray"ın Droqba kimi futbolçulara çox ehtiyacı var. Mən onunla sözləşmənin daha bir il uzadılmasının tərəfdarıyam. Bunu Droqbanın özünə demişəm. Ancaq o, ailəsinin də fikrini öyrənməlidir. Droqba mənə "Qalatasaray"ı çox sevdiyini söylədi.  Bu ay sonunda məsələ ilə bağlı onunla  danışacağıq".


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu