"Real" "Sevilya"nın kapitanı ilə maraqlanır

"Real" "Sevilya"nın kapitanı ilə maraqlanır
XƏBƏR 4 Aprel 2014 / 10:31 2416
-  A +

"Real" uğurlu çıxışı ilə seçilən "Sevilya"nın kapitanı İvan Rakitiçlə maraqlanır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu yarımmüdafiəçini transfer etmək üçün indidən "Sevilya" ilə danışıqlara başlayıb. Xorvatiyalı oyunçunun müqaviləsi 2015-ci ildə bitəcəyi üçün klubun Rakitiçin "Real"a getməsinə razılıq verəcəyi bildirilir.

Qeyd edək ki, Rakitiçin təzminat qiyməti 40 milyon avrodur. Ancaq Madrid təmsilçisi daha az məbləğ ödəməyi planlaşdırır.

Daha çox


Son xəbərlər