Dünya çempionatı tarixə düşəcək

Dünya çempionatı tarixə düşəcək
XƏBƏR 4 Aprel 2014 / 00:22 2682
-  A +

Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatı tarixə düşəcək.

Lent.az-ın məlumatına görə, məhz qarşıdakı mundialda topun qapıdan keçməsini müəyyənləşdirən sistem tətbiq olunacaq.
 
Hazırda lazımi qurğunun oyunları qəbul edəcək bütün 12 stadionda yerləşdirilmə prosesi gedir. Meydanın və stadionun perimetri boyunca 14, qapıçı meydançasında isə 7 kamera yerləşdiriləcək. Top qapı xəttini keçəcəyi halda, bir saniyə ərzində informasiya baş hakim və onun köməkçilərinin saatlarına daxil olacaq.
 
Qeyd edək ki, XX dünya çempionatı iyunun 12-dən iyulun 13-dək Braziliyanın 12 şəhərində baş tutacaq. San-Pauloda keçiriləcək açılış oyununda Braziliya Xorvatiya ilə üz-üzə gələcək. Final matçı isə iyulun 13-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda olacaq.

Son xəbərlər