Skolari: "Barselona" Neymardan düzgün yararlana bilmir"

Skolari: "Barselona" Neymardan düzgün yararlana bilmir"
XƏBƏR 3 Aprel 2014 / 17:38 2551
-  A +

Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis "Barselona"nın Neymardan düzgün yararlanmadığını bildirib:

"Neymar "Barselona"da parlamır. Çünki "Barselona" ondan düzgün yararlana bilmir. Neymar sərbəst oynadıqda daha təhlükəli olur. Ancaq o, Kataloniya klubunda sağ cinahda çıxış edir. Bu amilə diqqət yetirməlidirlər. Bununla belə, Neymar həm Braziliya, həm də "Barselona" üçün vacib oyunçudur".

Qeyd edək ki, Neymar mövsümün əvvəlində "Santos"dan "Barselona"ya transfer olunub. 


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu