Ançelotti: "Borussiya" təhlükəli rəqibdir"

Ançelotti: "Borussiya" təhlükəli rəqibdir"
XƏBƏR 3 Aprel 2014 / 12:10 1844
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Borussiya"ya 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis nəticədən razı qaldığını deyib:

"Asan oyun olmadı. Matça yaxşı başladıq, ancaq ilk hissənin sonlarında bir az çətinlik çəkdik. Artıq cavab qarşılaşmasını düşünməliyik. "Borussiya" sürətli hücumlar edən təhlükəli rəqibdir".

Ançelotti onu da qeyd edib ki, Ronaldonu matçdan zədələndiyi üçün deyil, risk etməmək üçün çıxardıb.

 


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu