Blan: "İbrahimoviç dincəlməli olacaq"

Blan: "İbrahimoviç dincəlməli olacaq"
XƏBƏR 3 Aprel 2014 / 10:41 2200
-  A +

"Bu matçda daha yaxşı oynadıq. Heyəti qurarkən bir az narahat idim. Çünki "Çelsi"nin hücumlarından çəkinirdik. Çox güclü komandadırlar. İkinci hissədə üstün tərəf idik. Topa daha çox sahib olduq. Mübarizə apardıq və istəyimizə nail olduq".

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri PSJ-nin baş məşqçisi Loran Blan Çempionlar Liqasında "Çelsi" ilə oyundan (3:1) sonra deyib.

O bildirib ki, qarşıda London klubu ilə çətin cavab qarşılaşması olacaq: "Bu mübarizə üçün hazır olmalıyıq".

Fransalı mütəxəssis futbolçusu Zlatan İbrahimoviçin son durumu haqda da danışıb: "İbrahimoviç əzələsində ağrı hiss etdi. Buna görə də bir müddət dincəlməli olacaq".


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu