"Qalatasaray" - "Fənərbaxça" matçının hakimləri müəyyənləşdi

"Qalatasaray" - "Fənərbaxça" matçının hakimləri müəyyənləşdi
XƏBƏR 2 Aprel 2014 / 18:56 2087
-  A +

Türkiyə Superliqasının 28-ci turunun mərkəzi qarşılaşması olan "Qalatasaray" - "Fənərbaxça" matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Türk Telekom Arena"da keçiriləcək oyunu FİFA referisi Bülənt Yıldırım idarə edəcək.

Yıldırıma Baki Tuncay Akkın və Asim Yusif Öz köməklik edəcəklər. Adil Sinem isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" oyunu aprelin 6-da, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu