Pikenin son durumuna aydınlıq gəldi

Pikenin son durumuna aydınlıq gəldi
XƏBƏR 2 Aprel 2014 / 11:33 2313
-  A +

Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində "Atletiko" ilə matçda zədələnən Xerard Pikenin son durumu məlum olub.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, ispan müdafiəçi bir aylıq sıradan çıxıb.

Beləliklə, o, "Atletiko" ilə cavab qarşılaşmasını və İspaniya kubokunda "Real"la matçı buraxmalı olacaq. Pikeni Bartranın əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Barselona" - "Atletiko" görüşü 1:1 hesabı ilə başa çatıb.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır