Aquero: "Dünya çempionatında oynamaya bilərəm"

Aquero: "Dünya çempionatında oynamaya bilərəm"
XƏBƏR 1 Aprel 2014 / 20:08 1737
-  A +

"Mançester Siti" və Argentina millisinin futbolçusu Serxio Aquero son durumu haqda danışıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı hücumçu zədəsini sağaltmaq üçün müalicə aldığını deyib. Aquero bildirib ki, yaşıl meydanlara qayıtmaq üçün tələsmir:

"Tez bir zamanda qayıtmağı düşünmürəm. Nə zaman özümü yaxşı hiss etsəm və həkimlər oynamağıma icazə versə, o vaxt komandama kömək edəcəm. Çünki oynamağa tələssəm, yenidən zədələnərək dünya çempionatında iştirak etməyə bilərəm. Bunun isə olmasını istəmirəm".

Qeyd edək ki, Aquero Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə cavab qarşılaşmasında zədələnmişdi.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə