"Qəbələ" "Yuventus", "Milan" və "Roma" ilə eyni turnirdə

"Qəbələ" "Yuventus", "Milan" və "Roma" ilə eyni turnirdə
XƏBƏR 1 Aprel 2014 / 12:41 1629
-  A +

“Qəbələ”nin 15 yaşa qədər futbolçularından ibarət komandası aprelin 18-dən 21-dək İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Stefano Gusellanın xatirəsinə həsr olunan yarış Turin şəhərində təşkil olunacaq. Komandamız səfərə aprelin 16-da yola düşəcək.

Bu il beşincisi baş tutacaq turnir dünyanın bir sıra tanınmış klublarının iştirakına şahidlik edəcək. Medallar uğrunda "Yuventus", "Milan", "Roma", "Latsio", "Napoli", "Atalanta", "Sampdoriya" (hamısı İtaliya), "Espanyol" (İspaniya), "Vasko de Qama" (Braziliya), "Lokomotiv" Moskva (Rusiya) kimi klublar mübarizə aparacaq.

Son xəbərlər