Hasan Şaş: "Qalatasaray"a qayıtsaq, "Fənərbaxça" çempion ola bilməz"

Hasan Şaş: "Qalatasaray"a qayıtsaq, "Fənərbaxça" çempion ola bilməz"
XƏBƏR 31 Mart 2014 / 01:12 3005
-  A +

Türkiyə superliqasının son turunda “Qalatasaray”ın “Konyaspor” ilə heç-heçə etməsindən sonra komandanın keçmiş futbolçusu və məşqçisi Hasan Şaş maraqlı açıqlama verib.

Qol.Az-ın məlumatına görə, veteran futbolçu Fatih Terim və onun "Qalatasaray”dan ayrılmasından sonra komandanın çox zəiflədiyini deyib:

“Komandanın əvvəlki ruhu yoxdur. Görünür ki, kollektivdə komanda ruhu itib. Əgər Fatih Terimlə bərabər “Qalatasaray”a qayıtsaq, “Fənərbağça” bu qədər rahat çempion ola bilməz. Biz komandadan gedəndə “Qalatasaray”ı iki dəfə çempion edib, koboku, superkuboku və  “Emiretes” kubokunu qazanmışdıq”.

Qeyd edək ki, Hasan Şaş ötən il Fatih Terimlə birgə "Qalatasaray"dan ayrılıb.

Son xəbərlər