"Qarabağ" - "Qəbələ" oyunu baş tutacaqmı?

"Qarabağ" - "Qəbələ" oyunu baş tutacaqmı?
XƏBƏR 30 Mart 2014 / 17:41 3020
-  A +

Topaz Premyer Liqanın 28-ci turunda bu gün saat 18:00-da keçirilməli olan "Qarabağ" - "Qəbələ" matçı güclü qar yağması səbəbindən təxirə salına bilər.

Qol.Az-ın əldə etdiyi məlumata görə, hazırda görüşün baş tutacağı Respublika stadionunda qardan təmizləmə işləri görülür. Oyunçular isə isinmə hərəkətləri edir. Lakin görüşün baş tutub-tutmayacağı təxminən qarşılaşmanın başlama saatında bilinəcək. Buna oyunun hakim inspektoru qərar verəcək.  

Qeyd edək ki, saat 17:00-da başlayan "İnter" - "Rəvan" matçı da güclü qar səbəbindən təxirə salınıb.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu