Toşak: "O, cəzalandırılmalıdır"

Toşak: "O, cəzalandırılmalıdır"
XƏBƏR 29 Mart 2014 / 21:45 4057
-  A +

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi "Real"ın futbolçusu Qaret Beylin cəzalandırılmasını istəyir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uelsli yarımmüdafiəçi La Liqada "Sevilya" ilə matçda qarşılaşma davam edərkən meydandan kənara gedərək ayaqqabılarını dəyişdirmişdi. Həmin vaxt isə Beylin oynadığı cinah müdafiəsiz qaldığı üçün rəqib komandanın futbolçusu Bakka qol vurmuşdu.

Toşak Beylin məhz bu məsuliyyətsiz hərəkəti səbəbindən cəzalandırılmasını tələb edib:

"Beylin belə hərəkət etməsi böyük səhvdir. Baş məşqçi Ançelotti onu mütləq cəzalandırmalıdır".

Qeyd edək ki, "Sevilya" - "Real" matçı meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatmışdı.


Son xəbərlər
topaz banner