Ançelotti Mourinyonun cavabını verdi

Ançelotti Mourinyonun cavabını verdi
XƏBƏR 29 Mart 2014 / 14:43 3315
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Çelsi"nin çalışdırıcısı Joze Mourinyonun cavabını verib.

Qol.Az-ın məlumatınma görə, portuqaliyalı mütəxəssis Madrid klubunun La Liqada üçüncü pillədə olduğuna çox təəccübləndiyini, "Real"ın ölkə çempionatındakı çıxışını bəyənmədiyini demişdi.

Ançelotti "Rayo Vallekano" ilə oyundan əvvəl keçirilən mətbuat konfransında Mourinyoya cavab olaraq bildirib:

"Real" bu gün çempionluq uğrunda mübarizə aparır. Amma ötən mövsüm Mourinyo "Real"ı çalışdırdığı dönəmdə belə bir durum yox idi".'


Son xəbərlər
topaz banner