Suarez İngiltərədə oynamaq istəmir

Suarez İngiltərədə oynamaq istəmir
XƏBƏR 29 Mart 2014 / 12:21 2859
-  A +

"Liverpul"un futbolçusu Luis Suarez yeni mövsümdə İngiltərə Premyer Liqasında oynamağı düşünmür.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, uruqvaylı hücumçu ilə "Arsenal" və "Mançester Siti" maraqlansa da, o, bu klublara transfer olunmağa müsbət baxmır.

Suarezin La Liqa klublarından "Barselona" və ya "Real"da oynamaq istədiyi bildirilib. İngiltərə mətbuat yazıb ki, əgər bu klublardan təklif gəlsə, futbolçu təkliflərdən birini mütləq dəyərləndirəcək.

 


Son xəbərlər
topaz banner