"Futbolçu karyeramı başa vurmağı düşünmürəm"

"Futbolçu karyeramı başa vurmağı düşünmürəm"
XƏBƏR 29 Mart 2014 / 10:09 2078
-  A +

"Barselona"nın yarımmüdafiəçisi Xavinin futbolçu karyerasını başa vurmaq fikri yoxdur.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, hələlik bu barədə düşünmədiyini deyib:
 
"Fiziki cəhətdən hələ də güclüyəm. Hətta futbolçu karyeram ərzində ilk dəfə özümün bu qədər yaxşı hiss edirəm. Futbolu sevirəm və ondan uzaqlaşmaq istəmirəm. Futbolçu karyeramı başa vurmağı düşünmürəm".

Qeyd edək ki, Xavi 1998-ci ildən Kataloniya klubunda oynayır və indiyə kimi 700-dən çox matçda iştirak edib.


Son xəbərlər
topaz banner