Vengerin yerinə on namizəd

Vengerin yerinə on namizəd
XƏBƏR 28 Mart 2014 / 20:40 3335
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger mövsümün sonunda başa çatacaq müqaviləsini hələ də yeniləməyib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, rəhbərlik artıq London klubundan ayrılacağı ehtimal olunan fransalı mütəxəssisin yerinə namizəd olan məşqçiləri müəyyənləşdirib.

İngiltərə mətbuatı  yazıb ki, "Arsenal"ı yeni mövsümdən aşağıda adları qeyd olunan şəxslərdən biri çalışdıra bilər:

Draqan Staykoviç, Stiv Bold, Yoahim Löv, Pep Qvardiola, Brendan Rodqers, Dennis Berkamp, Luçano Spalletti, Roberto Martinez, Yurgen Klopp, Roberto Mançini


Son xəbərlər
topaz banner