Ronaldo zədə ilə oynayır

Ronaldo zədə ilə oynayır
XƏBƏR 28 Mart 2014 / 15:02 2615
-  A +

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun diz vətərlərində ağrıları davam edir.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçunun zədəsi ciddi olmasa da, oyunboyu ona problemlər yaşadır.

Ronaldonun konkret olaraq hansı epizodda zədələndiyi məlum deyil. Bununla belə, həkimlər ona Çempionlar Liqasının 1/8 finalının "Şalke" ilə cavab qarşılaşmasında meydana çıxmasını məsləhət görməmişdilər.

Hazırda Ronaldo hər gün fizioterapevt nəzarətində olur və məşqlərdə tam gücü ilə iştirak etmir.


Son xəbərlər