"Barselona" İlkayı tibbi müayinədən keçirdi

"Barselona" İlkayı tibbi müayinədən keçirdi
XƏBƏR 28 Mart 2014 / 14:45 3212
-  A +

"Barselona" "Borussiya"nın futbolçusu İlkay Gündoğanın transferində önəmli addım atıb.

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun həkimi Riçard Pruna Almaniyaya gedərək türkəsilli yarımmüdafiəçini tibbi müayinədən keçirib.

"Barselona" rəhbərliyi İlkayın transferi ilə bağlı son qərarını klubun həkimi İspaniyaya qayıtdıqdan sonra verəcək. Əgər futbolçunun səhhətində problem olmasa, “Barsa” İlkay üçün Dortmund təmsilçisi ilə rəsmi danışıqlara başlayacaq.

Qeyd edək ki, İ.Gündoğan zədələndiyi üçün ötən ilin avqust ayından matçlarda iştirak edə bilmir.


Son xəbərlər