“Qəbələ” Topaz Premyer Liqasının IV dövrəsinə “Qarabağ”la oyunla başlayacaq.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata 28-ci turda - martın 30-da Ağdam təmsilçisinin meydanında baş tutacaq qarşılaşma rəqiblərin cari mövsümdə 6-cı görüşü olacaq. Çempionatın əvvəlki 3 dövrəsində rəqibindən xal ala bilməyən Yuri Syominin futbolçuları Azərbaycan kubokunun 1/4 finalında səfər qələbəsi ilə ağdamlıları mübarizədən kənarlaşdırmağı bacarıb.
Ardıcıl 3-cü dəfə mövsümdə 6 dəfə qarşılaşan komandalar ümumilikdə 30-cu duelə çıxacaq. Əvvəlki 29 matçın 23-ü Premyer Liqa, 6-sı kubokda baş tutub. Bu qarşılaşmalarda 6 qələbəsi olan “Qəbələ” 12 dəfə heç-heçə ilə kifayətlənib. “Qarabağ” isə 11 dəfə qalib olub.
İndiyədək keçirilən 29 matçda qapılara 60 qol vurulub. Bunlardan 36-sı ağdamlıların, 24-ü Qəbələ təmsilçisinin hesabındadır. 60 qola 34 futbolçu imza atıb. 3 dəfə “Qəbələ”ni, 2 dəfə isə “Qarabağ”ı məyus edən Kənan Kərimov 5 qolla duellərin ən məhsuldar oyunçusudur. 3 futbolçu isə eyni komandada 4 dəfə fərqlənib. Luis Hilario və Viktor Mendi “Qəbələ”nin, Reynaldo Silva isə “Qarabağ”ın 4 qoluna imza atıb.
“Qəbələ” səfərdə keçirdiyi 14 matçda 3 dəfə qalib gəlib. 6 heç-heçənin qeydə alındığı görüşlərdə “Qarabağ” 5 dəfə sevinib. Bu qarşılaşmalarda 30 qol vurulub. Onlardan 18-i meydan sahibləri, 12-si qonaqların hesabındadır.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video