"Çelsi"dən İquainə 50 milyon funt-sterlinq

"Çelsi"dən İquainə 50 milyon funt-sterlinq
XƏBƏR 28 Mart 2014 / 01:38 2081
-  A +

İngiltərənin "Çelsi" klubu yeni mövsümdə hücum xəttini gücləndirməyi planlaşdırır.

Qol.Az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, London təmsilçisi "Napoli"nin forvardı Qonzalo İquainə "elçi" düşüb.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yenidən sabiq futbolçusu ilə çalışmaq istəyir. "Zadəganlar" argentinalı futbolçunun transferi üçün qarşı tərəfə 50 milyon funt-sterlinq ödəməyə hazırdır. Lakin Neapol klubu da İquani satmaq niyyətində deyil.

Qeyd edək ki, İquain bu mövsüm A Seriyada çıxdığı 26 oyunda 14 qola imza atıb.

Daha çox


Son xəbərlər
topaz banner