"Arsenal"ın futbolçusu "Mançester Siti" yolunda

"Arsenal"ın futbolçusu "Mançester Siti" yolunda
XƏBƏR 27 Mart 2014 / 21:11 6061
-  A +

Son olaraq "İnter"in təklifini rədd edən "Arsenal"ın futbolçusu Bakari Sanyanı bu dəfə "Mançester Siti" heyətinə qatmağı planlaşdırır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı oyunçuya Mançester təmsilçisi üç illik müqavilə təklif edib. Premyer liqada qalmağı düşünən Sanyanın "Mançester Siti"nin bu təklifinə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, Sanya 2007-ci ildən "Arsenal"ın şərəfini qoruyur.

Daha çox


Son xəbərlər
topaz banner