Sançez: "Barselona"dan ayrılmağı düşünmürəm"

Sançez: "Barselona"dan ayrılmağı düşünmürəm"
XƏBƏR 27 Mart 2014 / 18:52 2372
-  A +

"Barselona" klubunun hücumçusu Aleksis Sançez mövsümün sonunda komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "sport.es"ə danışan çilili futbolçu "Barselona"dan ayrılmaq niyyətində olmadığını bildirib:

"Son zamanlar mənim A Seriyasına yollanacağım haqda xəbərlər yayılıb. Ancaq mən "Barselona"nın futbolçusuyam və burada məni hər şey qane edir. Karyeramı məhz "Barsa"da davam etdirməyi düşünürəm. Məncə, elə rəhbərlik də mənim komandada qalmağımı istəyir. Buna görə komandadan getməyim üçün heç bir səbəb görmürəm".
 
Qeyd edək ki, Sançezlə "Yuventus" və "İnter" klubları yaxından maraqlanır.


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

topaz banner