Martino: "Valdesin zədələnməsi ciddi itki oldu"

Martino: "Valdesin zədələnməsi ciddi itki oldu"
XƏBƏR 27 Mart 2014 / 14:55 2348
-  A +

"Barselona"nın baş məşqçisi Xerardo Martino futbolçusu Viktor Valdesin zədələnməsinə çox təəssüflənib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis ispan qolkiperin uzun müddətlik sıradan çıxmasının onlar üçün ciddi itki olduğunu deyib:

"Valdesin zədələnməsi ciddi itki oldu. Ancaq  komandamız itkilərə baxmayaraq, uğur əldə edə biləcək gücə malikdir.  Mövsümün əvvəlindən belə problemlərlə qarşılaşmışıq".

Martino onu da qeyd edib ki, mövsümün sonuna qədər Kataloniya klubunun qapısını klubun digər qolkiperləri - Pinto və Oyer  qoruyacaq.

Daha çox


Son xəbərlər
topaz banner