"Qarabağ" "Qəbələ" ilə oyuna ciddi itki ilə çıxacaq

"Qarabağ" "Qəbələ" ilə oyuna ciddi itki ilə çıxacaq
XƏBƏR 27 Mart 2014 / 11:33 2168
-  A +

Topaz Premyer Liqanın 28-ci turunda "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarını gündə bir dəfə məşq keçməklə davam etdirir.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, cari mövsüm artıq altıncı dəfə "Qəbələ" ilə üz-üzə gələcək Ağdam təmsilçisi bu oyuna ciddi itki ilə çıxacaq. Hücumçu Vüqar Nadirov sarı vərəqə limitini doldurduğu üçün bu matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" qarşılaşması martın 30-u, saat 18:00-da başlayacaq.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır