Çempionlar Liqasında bütün 1/4 finalçılar müəyyənləşdi

Çempionlar Liqasında bütün 1/4 finalçılar müəyyənləşdi
DÜNYA FUTBOLU 20 Mart 2014 / 02:14 4206
-  A +

Bu gecə keçirilən iki oyunla Çempionlar Liqasının bütün 1/4 finalçıları müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, son iki 1/4 finalçı "Mançester Yunayted" (İngiltərə) və "Borussiya" (Dortmund, Almaniya) klubları olublar.

Bu komandalara qədər "Bavariya" (Almaniya), "Atletiko" (Madrid, İspaniya), PSJ (Fransa), "Barselona" (İspsniya), "Çelsi" (İngiltərə) və "Real" (Madrid) klubları 1/4 finala vəsiqə qazanmışdılar.

Qeyd edək ki, 1/4 finalın püşkü martın 21-də, Bakı vaxtı ilə saat 15:00-da atılacaq.


Son xəbərlər