“Xəzər Lənkəran”ın Bakıdakı ofisində komandanın iki futbolçusu – Ruslan Poladov və Ramiz Kərimovla yeni müqavilələr imzalanıb. Qol.Az-ın məlumatına görə, hər iki futbolçunun köhnə müqavilələrin müddəti dekabrda başa çatıb və rəhbərliklə məşqçilər korpusunun qərarına görə onları komandada saxlamaq məqsədəuyğun sayılıb.
29 yaşlı Poladov “Xəzər Lənkəran”a bir il öncə keçmişdi. Komandanın Rusiyanın Sankt-Peterburq şəhərində böyük zəfərə imza atdığı “Birlik Kuboku” turnirində inamlı təsir bağışlayan yarımmüdafiəçi sonra zədələnsə də, onunla müqaviləni uzatmaq qərarı verilib.
27 yaşlı Kərimov isə “Xəzər Lənkəran”ın üçüncü qapıçısıdı. Bu futbolçu komandanın ən stajlı futbolçularındandı. O ehtiyat qolkiper kimi məşqçimizin bütün tələblərinə cavab verir. Müqavilə uzadılarkən Ramizin “Xəzər Lənkəran”a bağlılığı da böyük rol oynayıb.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç