AFFA legioner limitini yenə dəyişdi

AFFA legioner limitini yenə dəyişdi
ÖLKƏ FUTBOLU 7 Mart 2014 / 13:28 4486
-  A +

AFFA-nın növbəti Hesabat Konfransı keçirilib. Qol.Az-ın məlumatına görə, Konfransda klub təmsilçiləri və futbol veteranları da daxil olmaqla, 120-yə qədər nümayəndə iştirak edib.

Tədbirdə çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev  futbolumuzun son illərdəki inkişafından danışıb:

"Ötən il Azərbaycan futbolu üçün uğurlu oldu. DÇ-2014-ün seçmə mərhələsində doqquz xal qazandıq. Bununla da millimiz yeni rekorda imza atdı. Futbolun inkişafına dövlət tərəfindən böyük sərmayə qoyulur. 2005-2015-ci illər ölkə futbolunun inkişafına dair Dövlət Proqramına uyğun olaraq  Bakının sənədlərini 2020-ci ildə keçiriləcək Avropa çempionatı üçün təqdim etmişik. Artıq sənədləşmə işləri başa çatıb və aprel ayında çıxarılacaq qərarı gözləyirik.  Bakı qalib seçiləcəyi halda çempiontı yüksək səviyyədə keçirəcəyik".

Qeyd edək ki, konfransdan sonra AFFA İcraiyyə Komitəsinin iclası da keçirilib. İclasda Topaz Premyer Liqadakı legioner limiti məsələsi də müzakirə olunub. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Xəzər Lənkəran"ın baş məşqisi Mustafa Dənizli də tədbirdə iştirak edib və öz təkliflərini irəli sürüb.

Müzakirələrdən sonra legioner limitinin dəyişdirilməsi qərara alınıb. Növbəti - 2014/15 mövsümdən etibarən komandalar 6+5 (6 legioner, 4 yerli və yaşı 23-ü keçməmiş 1 yerli futbolçu) sistemi ilə meydana çıxacaqlar.

Xatırladaq ki, hazırda klublar qüvvədə olan 7+3+1 (7 legioner, 3 yerli və 1 nəfər yaşı 21-dək olan yerli futbolçu) sistemində narazı idi və bu məsələyə yenidən baxılmasını istəyirdi.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır