Dənizli: "Xəzər Lənkəran"dan əvvəl yeddi klubdan təklif almışdım"

Dənizli: "Xəzər Lənkəran"dan əvvəl yeddi klubdan təklif almışdım"
ÖLKƏ FUTBOLU 4 Mart 2014 / 11:47 3525
-  A +

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyənin "Milliyət" qəzetinə müsabiə verib.  Qol.Az müsahibəni qısa ixtisarla təqdim edir.


- Siz türk futboluna borclusunuz, yoxsa əksinə alacaqlarınız var?

- Gözəl sualdır, nə deyəcəyimi bilmirəm. Mən türk futbolundan dünyanı aldım, amma borcumu hələ də ödəməmişəm. Bu sualı mənim gördüyüm işləri indiyə kimi izləyən birinə versəniz, bəlkə fərqli cavablandırar. Amma bizim bu ölkəyə borcumuz bitməz.


- Futboldan getmək vaxtınız çatıb? Artıq bu neçənci “sürgündür”?
 
- Fulbolda ölkə dəyişdirmək sürgündürsə, qoy, elə olsun. O zaman bizim ölkəmizə gələn bütün məşqçilər də sürgündədir. Mən "Xəzər Lənkəran"a getməzdən əvvəl yeddi klubdan təklif almışdım. Ancaq oranı seçdim.

- Mübariz məşqçisiniz. "Xəzər Lənkəran"da işləriniz necə gedir?

- Azərbaycandakı layihə fərqlidi. Bura ölkə futboluna əlimdən gələn köməkliyi etmək üçün gəlmişəm. 25 ildir bu işi görürəm. 20 ilə yaxın peşəkar karyeram var. Təcrübəni məktəbdə oxuyaraq qazana bilmərsən. Təcrübə - həyatda yaşadıqlarının birləşməsidir.

- "Qalatasaray"ın təklifini niyə qəbul etmədiniz?

- "Qalatasaray" futbola başladığım yerdir. Onlardan təklif almaq qürurverici idi. Ancaq göndərilən təklifi nəzərdən keçirməliydim. "Qalatasaray" isə məni gözləyə bilməzdi.

- Bəs, "Fənərbaxça"?

- "Fənərbaxçda"dan təklif Ərsun Yanalla danışıqlardan sonra gəldi. Onların təklifini əslində rədd etməzdim. Sadəcə, bəzi şərtlər alınmadı.  Mənim üçün önəmli olan klubların maraq dairəsində olmağımdır. Əgər onlar mənə təklif göndərirsə, deməli, işimi bəyənirlər.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır