Azərbaycan milli komandasının və “Olimpik” klubunun müdafiəşisi Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- “Olimpik”in birinci dövrədəki çıxışlarını necə qiymətləndirirsən?
- Məncə, çətin oldu. Çünki komanda da bir çox dəyişiklik edilmişdi. Heyətdə yeni futbolçular çoxluq təşkil etdiyindən oyunumuz alınmırdı. Bu, ondan irəli gəlirdi ki, futbolçular bir-birlərini yaxşı başa düşə bilmirdilər. Amma ikinci dövrədən bu çatışmazlığı aradan qaldıracağıq.
- Birinci dövrədə ən çətin oyununuz hansı komanda ilə oldu?
- Demək olar ki, hər oyunda qələbə üçün mübarizə aparırdıq. Bunun üçün bütün oyunlar önəmli idi. Ancaq ən çətin matçlardan biri kimi “İnter”lə oyunu qeyd edərdim. Bu oyunda biz qələbə qazana bilərdik. Lakin nədənsə istəyimizə çata bilmədik.
- Komandanın turnir cədvəlindəki hazırkı yeri rəhbərliyi razı salırmı?
- Yox. Onlar “Olimpik”i fasiləyə turnir cədvəlində ikinci yerdə yollanmasını istəyirdilər. Amma bu, mümkün olmadı.
- Ümumiyyətlə komandanın qarşısına hansı məqsədlər qoyulub?
- Rəhbərlik “Olimpik”i çempion görmək istəyir. Hələ ötən il “Olimpik” qızıl medala sahib olmalı idi. Lakin alınmadı. Bu səbəbdən bu mövsüm ötən ilki acını yaşamamalıyıq.
- Öz oyunundan razı qaldın?
- Buna cavab verə bilməyəcəm. Çünki öz oyunuma münasibət bildirməyim düzgün sayılmaz. Yaxşı olar ki, buna məşqçilər korpusumuz cavab vesin. Mənə qalsa nə pis, nə də yaxşı oynamışam.
- İkinci dövrədə “Olimpik” istədiyi oyunu göstərə biləcək?
- Fikrimcə, komandamız daha iddialı çıxış edəcək. Bunun üçün rəhbərlik bir çox plan cızır. Hazırlığı yüksək səviyyədə keçirib ikinci dövrəyə əla vəziyyətdə başlayacağıq.
- “Olimpik”in hansı mövqeyində çatışmazlıq var?
- Bizə hücumçu və mərkəz yarımmüdafiəçisi lazımdır. Bu problemi aradan qaldırsaq, istəyimizə çatacağıq.
- Milli komanda haqda da soruşmaq istərdim. Yığmanın bu ilki çıxışlarını necə qiymətləndərmək olar?
- Normal. Çünki oyunlarda nə əla, nə də pis təsir bağışladıq. Komandada gənc futbolçular çoxdur. Bu da bizim əla oyun göstəməyimizə təsir edir. Belə baxanda gənclərə şans vermək yaxşıdır. Amma təcrübəli futbolçuların da komandada olması lazımdır. Mənim də öyrəniləsi çox şeyə ehtiyacım var.
- Təcrübəli futbolçular dedikdə kimləri nəzərdə tutursan?
- Mahmud Qurbanov, Emin Quliyev, Zaur Tağızadəni..
- Baş məşqçi Berti Foqtsın gəncləşdirmə siyasətin münasibətiniz necədir?
- Əla. Gənc futbolçulara şans vermək yaxşı haldır. Amma təcrübəli futbolçulara da yer ayırmaq lazımdır. Çünki onlardan öyənirik. Məsələn, Yari Litmaneni Finlandiya millisinə hər dəfə dəvət edirlər. Çünki onun təcrübəsi var. Gənclər ondan çox şey öyrənir.
- Keçmiş komandanla bağlı bir sula da cavab almaq istərdim. Rasim Kara “Xəzər-Lənkəran”a baş məşqçi gələndə sən komandanı tərk etdin. O vaxt bunun səbəbini deməmişdin.
- Rasim Kara ilə yola getmək olmur. Çünki o, hər xırda bir şeyh görə futbolçunu cəzalandırır. Bilirdim ki, Kara ilə yola getməyəcəm. Buna görə komandadan ayrıldım. Amma o,məni buraxmaq istəmirdi. Əgər Ağasəlim Mircavadov komandada qalsaydı, o zaman “Xəzər-Lənkəran” fasiləyə lider kimi gedərdi. “Lex”ə uduzmağımıza gəldikdə isə onlar bizdən üstün idilər. Buna görə də biz məğlub olduq.
- “Xəzər-Lənkəran”dan dəvət alsan ora gedərdin?
- Cənub klubu mənim ən sevdiyim komandalardan biridir. Həm azarkeş, həm də komanda baxımından. Amma hazırkı vəziyyətdə bu suala cavab vermək istəmirəm.
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi