Mustafa Dənizli: "Bərabərlik seriyası başladı"

Mustafa Dənizli: "Bərabərlik seriyası başladı"
ÖLKƏ FUTBOLU 28 Fevral 2014 / 20:13 3822
-  A +

“Mükəmməl bir seriyadan sonra bərabərlik seriyası başl
adı. İnşallah bu itirilmiş xalları qarşıdakı oyunlarda qazanarıq, turnir cədvəlində yuxarı pillələrə qalxmaq istəyirik"

Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqanın 24-cü turunda "İnter"lə oyundan (1:1) sonra deyib.

Türkiyəli çalışıdırıcı komandasının inkişafda olduğunu, həm çempionatda, həm də kubok oyunlarında iddialı olduqlarını bildirib: "Bura gəldiyim gün vəziyyətimiz bu liqaya yaraşmayan halda idi, davamlı olaraq irəliləmək istəyirik. Keçən həftə səhvimiz ucbatından 2 xal itirdik. Qarşıdakı oyunlarda itirdiyimiz xalları bərpa etmək lazımdır. Həm kubokda, həm də liqada uğur qazanamağa çalışacağıq”.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır