Millimizin oyunçuları yeni Elantra-nı test-drayvdan keçirdilər (FOTOLAR)

Millimizin oyunçuları yeni Elantra-nı test-drayvdan keçirdilər (FOTOLAR)
XƏBƏR 28 Fevral 2014 / 10:30 2395
-  A +

Milli yığmanın oyunçuları Qara Qarayev və Cavid Hüseynov Hyundai yeni Elantra-nı Azərbaycanda ilk sınaqdan keçirənlərdən oldular.

AFFA ilə Hyundai brendi arasında tərəfdaşlıq milli komanda üzvlərinə yeni model haqqında təəssüratlarını bildirən ilklərdən olmaq imkanı verib. Öz növbəsində, Hyundai da xüsusi avtomobil seçiminə malik futbolçuların öz yeniliyinə münasibətini öyrənə bilib.

Hazırda digər markadan avtomobil sürdüyünü bildirən Qara Qarayev növbəti avtomobilinin məhz Hyndai-dan olacağını deyib. İdmançı buna səbəb kimi başqa brendlərin üst modelləri üçün tətbiq etdiyi xüsusiyyətlərin Hyundai-ın hətta ən aşağı modellərində belə əks olunduğunu qeyd edib.

Qeyd edək ki, dünya üzrə kompakt avtomobil bazarında Hyundai-ın lider modeli sayılan Elantra-nın yeni nəsli Azərbaycanda təqdim olunub.
Avtomobil sənayesindəki, demək olar ki, bütün son nailiyyətləri əks etdirən yeni Elantra həm sürücüyə, həm də sərnişinlərə rahatlıq, təhlükəsizlik və praktikiliyindən doğan emosionallıq bəxş edir . Avtomobilin gündüz işıqlarından oturacaqların ventilyasiyası, ön və arxa oturacaqların isidilməsi, müasir multimedia sistemi, arxa oturacaqların havalandırılması, arxa görüntü kamerası, ön və arxa park radarları, ön disklərin gücləndirilmiş əyləc sistemi, 6 hava yastığı, qızdırılan mültifunksional sükan, avtopilot pultu kimi xüsusiyyətləri onu sinfinin rəqibsizinə çevirir. Çox möhkəm polad gövdə qəza zamanı əminliyə əsas verir. 17 düymlük ikiçalarlı təkər diskləri, xromlu haşiyələr yeni Elantra-ya premium görünüş, radiator toru, LED faralar isə hi-tech  imic bəxş edir. 

Qeyd edək ki, Hyundai brendini Azərbaycanda Auto Azərbaycan şirkəti təmsil edir.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər