“Komanda sabah sayılan komandalardan birinə qarşı oynayacaq. Bax, “Böyük oyun” budur. Ola bilsin vaxtilə “Xəzər Lənkəran”la “Neftçi”nin görüşləri də belə adlanırdı. Ancaq əsl “Böyük oyun” budur”. Qol.Az-ın apasport.az saytına istinadən yaydığı xəbərə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
“Neftçi” Topaz Premyer Liqasının XXIV turunda sabah “Qarabağ”la qarşılaşacaq. Qarşılaşmadan öncə mətbuat konfransı keçirən Hacıyev rəqibin heyətində səviyyəli futbolçuların olduğunu bildirib: “Qara Qarayev, Rəşad Sadıqov və başqa səviyyəli legionerləri var. Biz də rəqibdən geri qalmırıq. Onlarda Reynaldo varsa, bizdə Flavinyo var, onlarda Şehiç varsa, bizdə Stamenkoviç var, onlarda Qurban Qurbanov varsa, bizdə də Böyükağa Hacıyev var. Sabah maraqlı qarşılaşma olacaq. İnşallah, kim güclüdürsə, o da qalib gələcək”.
Paytaxt təmsilçisinin çalışdırıcısı “Xəzər Lənkəran”la XX turun oyununda cəza alan futbolçulardan da danışıb: “Hələ dünya futbol statistikasında belə şey olmamışdı. 4 qırmızı vərəqə müdafiəçilərə göstərildi. Əgər Rəhim Həsənov başqa xətt oyunçularına qırmızı göstərsəydi, belə olmazdı”.
- Kanalesdən sonra komandada “vuran ayaq” hiss olunmur. Bunu necə aradan qaldıracaqsınız?
- Yadınızdan çıxmasın ki, Kanalesi Kanales edən “Neftçi”dir. Biz oyunu Nforun üzərində qurmuşduq. Ən böyük səhvimiz “Fənərbaxça” ilə görüşümüz idi. Orda biz kartlarımızı açdıq. Hamı orda idi. Biz ilk oyunda “Simurq”u məğlub etdik. Gördülər ki, “Neftçi” zarafat etmir. “Xəzər Lənkəran”la qarşılaşmada komplektləşdirdiyimiz heyət parçalandı. Ruslan Qurbanov ötən tur qol vurdu. Kanalesə görə ağlamalı deyilik.
- Səhvləri özünüzdə görürsünüz?
- Mən “Sumqayıt”la oyunda etdiyim səhvləri nəzərdə tuturam.
- Cavid İmamverdiyevlə Bahodir Nasimov əvəzedici heyətə göndərilib?
- Onları əvəzedici komandaya biz göndərməmişik. Cavidin cəzası vardı. əvəzedicilərdə oynadı. Bu, praktika üçün idi. Əgər Flavinyo, və ya Ramos da cəzalı olsaydı, biz onları əvəzedici komandada praktika qazanmağa göndərəcəkdik. Biz onlara cəza verməmişik.
- Qışda transfer etməməyinizə görə peşman deyilsiniz?
- Niyə biz transferdən yapışırıq? Biz Elvin Bədəlov, Samir Məsimovu gətirmişik. Yaxınlarda Krasnoyarsk “Yenisey”indən azərbaycanlı futbolçu da gətirəcəyik. Legioner gətirmişik də. Melvin hələ də adaptasiya oluna bilməyib. Bəxtimiz gətirib ki, Flavinyo, Ramos kimi legionerlərimiz yaxşıdır. Legionerləri əvvəlcədən izləyib sonra alırıq. Biz legionerlərə olduqca ehtiyatlı yanaşırıq. Sizə bir söz deyim, Kanales gələn mövsüm bizə gəlir. Flavinyonu göndərəcəyik, tutub qolundan gətirəcək.
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı
"Barselona" Fliklə yeni müqavilə imzaladı
Yayda "Mançester Siti"dən ayrılacaq
Kosovo - Türkiyə oyunu bu kanallarda
Almaniyaya məğlubiyyətdən sonra istefaya göndərildi
Simeone nəvəsi ilə fotosunu paylaşdı - Şəkil
Almaniya millisi Qanaya qalib gəldi
FİFA AFFA-ya təşəkkür etdi
Azərbaycan millisinin dramatik qələbəsi - Video
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu