Gürcüstanda "fair-pley" dərsi (VİDEO)
Gürcüstan çempionatının son turu çərçivəsində keçirilən "Dinamo" (Tiflis) - "Sioni" matçında maraqlı epizod yaşanıb. Qol.Az-ın məlumatına görə, meydan sahiblərinin futbolçusu Munyos topu rəqib qapıçıya vermək istərkən gözlənilmədən qol olub. Belədə "Dinamo"nun futbolçuları oyuna mərkəzdən başlayan qonaqların cavab qolunu vurmağına şərait yaradıblar.