İspaniyanın nüfuzlu qəzeti “Bakı”dan yazdı

İspaniyanın nüfuzlu qəzeti “Bakı”dan yazdı
ÖLKƏ FUTBOLU 27 Fevral 2014 / 12:13 3008
-  A +

İspaniyanın nüfuzlu idman qəzeti olan "El Mundo Deportivo" Azərbaycanın "Bakı" klubu barədə yazı dərc edib.

Qol.Az-ın məlumatına görə, yazıda "Bakı"nın "Atletiko" (Madrid) klubu ilə əməkdaşlığı, baş məşqçi Milinko Pantiçin son uğurları və komandasının Topaz Premyer Liqasında hazırkı çıxışına  toxunulub.

İspan həmkarlarımız "Bakı" klubunun prezidenti Hafiz Məmmədovu Azərbaycanın tanınmış iş adamı kimi təqdim edib. "Atletiko" klubu ilə yaradılan əməkdaşlıq çərçivəsində Madrid təmsilçisinin formasının üzərində "Land of Fire Azerbaijan" sözlərinin yazılmasının məhz Hafiz Məmmədovun təşəbbüsü ilə həyata keçirildiyi xüsusi vurğulanıb.

Eyni zamanda H.Məmmədovun ölkəsinin Avropada, eləcə də dünyada tanınması yolunda gördüyü işlər də önə çəkilib.

"Atletiko"nun sabiq futbolçusu və vaxtilə Madrid təmsilçisinin "B" komandasını çalışdıran Milino Pantiçin hazırda "Bakı" klubunda işləməsinə də yer ayıran ispanlar Mario Alvarez, Alberto Ripol Noquera, Ruben Qonzales və Mario Martinez kimi səviyyəli futbolçuların serbiyalı mütəxəssisin rəhbərliyi altında çıxış etdiyini qeyd ediblər.  

Azərbaycanla bağlı yazının son hissəsində isə "Bakı" klubunun Topaz Premyer Liqadakı çıxışı və hazırkı durumuna yer verilib. "Bakı"nın 23 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşması, lider "Qarabağ"dan 6 xal geri qalması və komandanın bu mövsüm əsas mükafat uğrunda mübarizə aparması önə çəkilib. Eyni zamanda qarşıda hələ 13 turun qaldığı və Pantiçin komandası ilə bu mövsüm tarix yazmağa çalışacağı qeyd olunub.

Daha çox


Son xəbərlər
topaz banner