Təbriz Həsənov "Atletiko" ilə oyundan danışdı

Təbriz Həsənov "Atletiko" ilə oyundan danışdı
ÖLKƏ FUTBOLU 26 Fevral 2014 / 10:37 2121
-  A +

"Bu toplanışda ikinci oyunumuzu keçirdik. İlk oyunda yaşca özümüzdən böyüklərlə qarşılaşdıq. Uduzmağımıza baxmayaraq, pis oynamadıq, sona qədər mübarizə apardıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov "Atletiko" (Madrid) klubu ilə yoldaşlıq görüşündən sonra deyib.

AFFA-nın rəsmi saytına danışan T.Həsənov komandadan razı qaldığını bildirib: "Həmyaşıdlarımıza qarşı keçirdiyimiz bu oyunda isə fərqli tapşırıqlar vermişdim. 1:1 hesablı heç-heçəyə baxmayaraq, komandadan tam razı qalmadım. Amma bu da təbiidir. Çünki bu komanda ilə beynəlxalq səviyyəli ilk oyunumuzu keçirirdik. Belə oyunların sayı çox olsa, uşaqlar sürətli oyuna tez alışacaqlar".

Qeyd edək ki, millimiz "Atletiko" ilə 1:1 bərabərə qalıb. 

Daha çox


Son xəbərlər