«Xəzər-Lənkəran»ın yeni baş məşqçisi İqor Ponomaryov hazırda İsveçdə komandasının Premyer-Liqanın ilk dövrəsində keçirdiyi oyunların videoyazılarını izləyir, heyəti gücləndirmək barədə düşünür və daha bir köməkçi axtarır. Qol.Az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis KİV-də Sergey Əzizovun ona yardım edəcəyi barədə yayılan xəbəri təkzib edib. «XL»in rəsmi saytına açıqlamasında o, hazırda komandanın məşqçilər korpusunda özündən başqa daha iki nəfərin - Samir Ələkbərovla Hafiz Əliyevin olduğunu söyləyib: «Daha bir nəfər də olacaq. Onun kimliyini hələ müəyyənləşdirməmişəm. Amma indidən KİV-i təkzib etməliyəm ki, bu Sergey Əzizov olmayacaq».
İqor Ponomaryov komandanın oyunuyla tanış olduğunu söyləyib: «İlk öncə onu qeyd edim ki, bəzi oyunlarda komandanın lazımınca aqressiv olmadığını gördüm. Müdafiə xətti daha etibarlı ola bilərdi. Əslində ayrı-ayrılıqda heç bir müdafiəçidən narazılıq etmək olmur. Amma hiss olunur ki, müdafiə xəttində komanda əlaqələri istənilən səviyyədə deyildi».
Yeni baş məşqçimiz “Xəzər Lənkəran”ın bütün futbolçularının Antalyaya yollanacağını bildirib. O, Türkiyə səfərinədək heç kimin komandadan ayrılmayacağını açıqlayıb:
"İlk dövrədə komandada olan bütün oyunçular Türkiyəyə dəvətlidirlər. Yeni oyunçular? Hesab edirəm ki, böyük nəticələr əldə etmək istəyən komanda müntəzəm olaraq güclənməlidir. Hazırda seleksiya işiylə də məşğulam. Amma konkret olaraq kimisə bəyəndiyimi və onun “Xəzər Lənkəran”a keçəcəyini söyləyə bilmərəm».
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç