“Avro-2016”nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli püşkatma ilə bağlı fikirlərini bildirib. Qol.Az-ın xəbərinə görə, azerisport.com saytına müsahibəsində o, qeyd edib ki, qrupumuz asan deyil. “Əvvəlcə ona görə ki, iştirakçıların tərkibi bərabərdir”, deyə Prandelli sözə başlayıb.
- Komandanızı favorit hesab etmirsiniz?
- Bizdən başa daha bir komanda var ki, DÇ-də oynayacaq. Bu, Xorvatiyadır. Həmçinin, DÇ-dən sonra yığmamızda hansı dəyişikliklərin baş verəcəyi məlum deyil.
- Çox oyunçularınız karyerasını bitirə bilər?
- Bəli, bizim yaşılı futbolçularımız var. Həm də DÇ-dən sonra yığmanın baş məşqçisinin kimliyi məlum deyil ki, komandanı təsnifat mərhələsinə kim hazırlayacaq. Bütün bunlardan yalnız xorvatlar yararlanmayacaq.
- Daha kim?
- Norveç, Bolqarıstan, Azərbaycan.
- Yəni, siz Azərbaycan yığmasını qrupdan çıxmağa əsas namizədlərdən biri qismində görürsünüz?
- Bu komanda səs-küy qopara bilər. Bunu əbəs yerə demirəm, belə ki, yığmanız haqda az-çox bilirəm.
- Məsələn?
- Sizin yaxşı futbolçularınız var. Bundan başqa, indi İtaliya yığması Azərbaycan millisi ilə oyuna hazır deyil.
- Nə üçün?
- Çünki mən həmişə oynayacağımız bütün rəqibləri diqqətlə öyrənirəm. Hər oyunçunu, hər xətti, hər təfsilatı.
- Son təsnifat mərhələsində Ermənistan yığmasına qarşı oynamışdınız. Necə düşünürsünüz, Azərbaycan komandasına qarşı da belə çətin olacaq?
- Mən əminəm ki, Azərbaycan millisi Ermənistan yığmasından zəif deyil. Ən azı, İtaliya yığmasına Bakıda İrəvandan asan olmayacaq. Ümumiyyətlə, Qafqaz komandaları ilə oynamaq çətindir. Biz axı gürcülərlə də eyni qrupa düşmüşük. Qafqaz yığmaları çox özünəməxsusdur.
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı