"Qalatasaray"ın futbolçusundan örnək hərəkət (VİDEO)

VİDEO 23 Fevral 2014 / 11:10 2468
-  A +

Türkiyə Superliqasında dünən keçirililən "Qalatasaray" - "Beşiktaş" matçı (1:0) derbi oyunlarında nadir hallarda baş verən hadisə ilə yadda qalıb. Qol.Az-ın məlumatına görə, oyunun 53-dəqiqəsində baş hakim Cüneyt Çakır yanlış olaraq "Beşiktaş"ın künc zərbəsi əvəzinə qapıdan zərbə qərarını verib. Bu zaman "Qalatasaray"ın futbolçusu Semih Kaya hakimə yaxınlaşaraq topun ondan çıxıdığını deyib. Hakim isə bu jestinə görə futbolçunun əlini sıxıb, ona təşəkkür edib. Həmin görüntünü təqdim edirik.



Son xəbərlər