Bu gün Topaz Premyer Liqada 23-cü turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
"Qəbələ" klubu doğma meydanda "Rəvan"ı sınağa çəkib. Gərgin keçən oyunda qapılara qol vurulmayıb. Meydan sahibləri iki dəfə penaltidən yararlana bilməyiblər. Hər iki zərbəni "Rəvan"ın qapıçısı Lukaş Sapela dəf edib. İkinci qolu qaytardıqdan sonra hakimə qarşı qeyri-etik jest edən polşalı qapıçı birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
"Neftçi" klubu səfərdə "Sumqayıt"ın qonağı olub. çempionluq uğrunda mübarizə aparan Böyükağa Hacıyevin komandası gözlənilmədən turnir cədvəlinin autsayderinə məğlub olub - 0:2.
Turun mərkəzi qarşılaşması paytaxtda keçirilib "Şəfa" stadionunda "İnter" və "Bakı" komandaları üz-üzə gəlib. Oyunda qalib müəyyənləşməyib - 1:1. "Xəzər Lənkəran" isə AZAL-ın qonağı oub. Matçın 83-cü dəqiqəsinə qədər qonaqlar 2:0 hesabı ilə irəlidə olsa da, AZAL futbolçuları 10 dəqiqə ərzində hesabı bərabərləşdirə biliblər - 2:2.
Digər oyunda isə çempionatın vahid lideri "Qarabağ" klubu evdə "Simurq"la qarşılaşıb. Bu görüşdə də tərəflərin səy göstərməsinə baxmayaraq, hesab açılmayıb. Beləliklə, bu gün keçirilən beş oyundan dördündə bərabərlik qeydə alınıb.
23 fevral
Topaz Premyer Liqa, 23-cü tur
17:00. AZAL – “Xəzər Lənkəran” - 2:2
Qollar: Nildo, 22 (0:1), Elnur Abdullayev, 49 (0:2), Turkoviç, 83 (1:2), Oluremi, 90+3-pen. (2:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
“AZAL Arena” stadionu.
17:00. “Qarabağ” – “Simurq”- 0:0
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ziya Nəsirov
Tofiq Bəhramov adına Respublika stadionu.
13:00. “Qəbələ” – “Rəvan” - 0:0
Qırmızı vərəqə: Lukaş Sapela, 73 ("Rəvan")
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov
Qəbələ şəhər stadionu.
Matçın 54-cu dəqiqəsində "Rəvan"nın qapısına təyin olunan penalti zərbəsini Lorenze Ebesilio dəyərləndirə bilməyib. Ebesilionun zərbəsini "Rəvan"ın qolkiperi Lukaş Sapela zərərsizləşdirib.
Qarşılaşmanın 73-cü dəqiqəsində "Rəvan"ın qapısına növbəti penalti zərbəsi təyin olunub. Bu dəfə də qapıçı L.Sapela Silvanın zərbəsini zərərsizləşdirib.
15:00. “Sumqayıt” – “Neftçi” - 2:0
Qollar: Mirzağa Hüseynpur, 36 (1:0), 70 (2:0)
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Nail Nağıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
16:00. “İnter” – “Bakı” - 1:1
Qollar: Soliç, 11 (0:1), Vaqif Cavadov, 26 (1:1)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elşən Acalov, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Alik Yunusov, İnqilab Məmmədov
“Şəfa” stadionu.
Turnir cədvəli
Bombardirlər:
Vaqif Cavadov (İnter) - 11 qol
Daniel Subotiç (Qəbələ) - 10 qol
Reynaldo (Qarabağ) - 8 qol
Etame Mbilla (Xəzər Lənkəran) - 8 qol
Rauf Əliyev (Bakı) - 8 qol
Mindauqas Kalonas (Bakı/Simurq) - 7 qol
Leonardo da Silva (Qəbələ) - 7 qol
Əfran İsmayılov (Bakı) - 6 qol
Cavid Hüseynov (Bakı) - 6 qol
Viktor İqbekoyi (AZAL) - 6 qol
Draqan Çeran (Simurq) - 6 qol
Marinaldo Silva (Qarabağ) - 6 qol
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı