"Atletiko" Xocalıya görə "Real"la oyuna qara sarğıyla çıxır

"Atletiko" Xocalıya görə "Real"la oyuna qara sarğıyla çıxır
ÖLKƏ FUTBOLU 22 Fevral 2014 / 11:15 4161
-  A +

Madridin “Atletiko” futbol komandası İspaniya çempionatının növbəti turlarında “Osasuna” və “Real” (Madrid) klubları görüşlərə qara sarğı və yaxalarında matəm lenti ilə çıxacaqlar.

Lent.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilir.
 
Bununla da “Atletiko” Xocalı faciəsi qurbanlarının xatirəsini yad edəcək: “Azərbaycan xalqı ilə sıx münasibətlərimizin nəticəsi olaraq, “Atletiko” azərbaycanlıların Xocalı faciəsi ilə bağlı dərdinə şərik olmaq istəyir. “Osasuna” və “Real”la qarşıdakı oyunlarda əsas komandamızın oyunçuları qara sarğı və “Azerbaijan Land of Fire” loqosunun üzərində matəm lenti taxacaqlar. Bu addımı fevralın 26-da 22 yaşı tamamlanan faciə qurbanlarının ailələri ilə həmrəylik əlaməti kimi atırıq”.
 
Qeyd edək ki, fevralın 23-də İspaniya çempionatının 25-ci turu çərçivəsində “Osasuna”nın qonağı olacaq “Atletiko” martın 2-də “Real”ı qəbul edəcək.

Daha çox


Son xəbərlər