Ernest Nfor: "Belə gərginlik altında necə oynamaq olar?!"

Ernest Nfor: "Belə gərginlik altında necə oynamaq olar?!"
ÖLKƏ FUTBOLU 21 Fevral 2014 / 19:40 3366
-  A +

"Neftçi"nin futbolçusu Ernest Nfor son oyunlarda ona göstərilən sarı vərəqələri düzgün hesab etmir.

Qol.Az-ın məlumatına görə, kamerunlu hücumçu klubun rəsmi saytına açıqlamasında hakimlərin verdiyi bəzi qərarlara narazılığını bildirib:

“Son iki turda adi oyun epizodlarına görə mənə sarı vərəqə göstərilib. “Xəzər Lənkəran”la oyunda hakim rəqib futbolçuların demək olar ki, bütün kobudluqlarına göz yumurdu. “Bakı” ilə qarşılaşmada rəqib futbolçu məni tapdalasa da, sarı vərəqə mənə göstərildi. “İnter”lə oyunda da eyni vəziyyətlə üzləşdim. Rəqib komandanın futbolçusu Brüs Abdulaye əllə oynadığı üçün ikinci sarı vərəqəni almalı idi. Mən bunu Avropa təcrübəmə əsaslanıb deyirəm. Bəlkə burada fərqli qaydalar tətbiq olunur, amma mənim bundan xəbərim yoxdu?! Üstəlik, mənə nə üçün sarı vərəqə göstərildiyini də başa düşmədim".

E.Nfor deyib ki, Sumqayıt”la oyuna onunla birgə daha 5 komanda yoldaşı sarı vərəqə limitini doldurmaq təhlükəsi ilə çıxacaq. Kamerunlu futbolçunun fikrincə, bu durum onların rahat oynamaqlarına mane olacaq:

"Belə gərginlik altında necə oynamaq olar?! Ondan sonrakı tur “Qarabağ”la vacib matçımız var. Həmin qarşılaşmada Bruno Bertuççi və Karlos Kardoso meydanda olmayacaq. Bizdən də kimsə “Sumqayıt”la oyunda sarı vərəqə alsa, həmin matçı buraxmalı olacaq. Belə vəziyyətdə çempionluq uğrunda hansı sağlam rəqabətdən söhbət gedə bilər?!”.

Daha çox


Son xəbərlər