Böyükağa Hacıyev: "İnter"in son oyununa baxmamışam, baxmaq fikrim də yoxdur"

Böyükağa Hacıyev: "İnter"in son oyununa baxmamışam, baxmaq fikrim də yoxdur"
GÜNDƏM 19 Fevral 2014 / 00:40 2694
-  A +

"Əvvəlki oyunla müqayisədə bu dəfə itkilərimiz azdır. Erik Ramos və Tərlan Quliyevin xidmətindən istifadə edə biləcəyik. “Neftçi”ni gözəl tanıyıram. Bu komanda lazım olan anda toparlanmağı bacarır".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bu gün "İnter"lə baş tutacaq oyun haqda fikirlərini bildirib: “İnter”lə görüşdə toparlanaraq qələbə qazanmalıyıq. Başqa nəticə barədə düşünmürük. Hazırkı məqamda 3 xal bizə çox vacibdir. Rəqibin son görüşünə baxmamışam, baxmaq fikrim də yoxdur. Həmin oyunda “İnter” haqda fikir yürütmək düzgün deyil. Stolumun üstündə “İnter”in AZAL və “Rəvan”la görüşlərinin videoyazısı var. Bu oyunlara əsasən, rəqibə hazırlaşacağıq. Futbolda məğlubedilməz komanda olmur. Ona görə də meydana yalnız qələbə üçün çıxacağıq".

Daha çox


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır