"Vaqif Cavadovun yoxluğu özünü göstərdi"

"Vaqif Cavadovun yoxluğu özünü göstərdi"
ÖLKƏ FUTBOLU 14 Fevral 2014 / 18:49 3002
-  A +

”Simurq”la Zaqatalada oyunlarımız həmişə çətin olur. Psixoloji cəhətdən bizim futbolçular oyuna daha yaxşı köklənmişdi . Bu da qələbə qazanmağımızda əsas rol oynadı".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Simurq"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis bəzi futbolçuların yoxluğunda komandanın yeganə qolunu vurmuş, yeni transfer Dieqo Madriqalın yaxşı çıxış etdiyini bildirib: "İlk hissədə bir neçə qol imkanımız oldu, lakin son vuruşları dəqiq yerinə yetirə bilmədik. Vaqif Cavadovun yoxluğu, Aleksandr İaşvilinin oyuna zədəli çıxması öz təsirini göstərdi, Əvəzetməmizin uğurlu olmasını qeyd etməliyəm, ilk toxunuşla qapıya qol vurdu. Növbəti 3 oyunumuz mükafatçılar sırasına düşüb-düşməyəcəyimizi göstərəcək”.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır