"Neftçi" klubunun müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə son turda "Xəzər Lənkəran"a qarşı keçirdiyiniz oyun (2:2) haqda fikirlərini bilmək istərdik.
- Komandamız hər mənada qələbəyə layiq idi. Fikrimcə, biz səfərdə iki xal itirdik, "Xəzər Lənkəran" bir xal qazandı. Çünki biz həm hesabda öndə idik, həm də sona qədər üstün oynadıq.
- Səncə, oyun əsasən maraqlı mübarizə ilə, yoxsa qalmaqalla yadda qaldı?
- Belə görüşlərdə gərginlik normaldır. Ancaq düşünürəm ki, yadda qalan bir şey olmadı.
- Komandanızın 3 futbolçusu qırmızı vərəqə alıd. Ümumilikdə "Neftçi"nin 5 futbolçusu cəzalı duruma düşdü. Bu, yadda qalan hadisə deyil?
- Əgər 4-5 futbolçumuz cəzalanıbsa, deməli bunun səbəbi var. Yəni onlar boş yerə özündən çıxmayıb. Təbii ki, gərgin vəziyyətlərdə də əsəblərini cilovlamalısan. Bu qırmızı vərəqələrin ancaq özümüzə ziyanı oldu.
- Son vaxtlar "Neftçi"də qırmızı vərəqələrin sayı çoxalıb. "Xəzər Lənkəran"la oyundan sonra intizamla bağlı futbolçularla söhbət aparıldı?
- Əlbəttə ki, qırmızı vərəqələr olması heç bir komanda üçün xoş deyil. Ancaq artıq bu olubsa, neyləmək olar?
- Sabah "Bakı" ilə çempionat oyununuz var. Bu görüş haqda nə düşünürsən?
- "Bakı" ilə hər oyunumuz çətin olur. Sabahkı qarşılaşmaya tam hazırıq. İnanıram ki, sabah qalib gəlib, turnir cədvəlindəki yerimizi daha da yaxşılaşdıracağıq.
- Beş aparıcı futbolçunuz olmadan bunu etmək çətin görünmür?
- Biz bundan çəkinmirik. Əksinə bu, bizə daha da motivasiya verir. Komandanın gücü belə vaxrlarda bilinir. "Neftçi"nin xarakteri "Bakı" ilə oyunda bilinəcək. Komandamızda heç kim itkilərdən çəkinmir. Hamı inanır ki, sabah yaxşı nəticə qazanacağıq. Bizim ehtiyat qüvvəmiz çoxdur. Hər mövqedə azı 3 futbolçumuz var. Kim meydanda olsa, cəzalı futbolçularımızı layiqincə əvəzləyəcək. Təbii ki, mövqelərdə dəyişiklik olacaq.
- Məlum qalmaqallı oyundan sonra "Neftçi"də psixoloji durum nə yerdədir?
- Bizim üstün cəhətlərimizdən biri də belə vəziyyətlərdə soyuqqanlı davranmağımızdır. Heçnədən qorxmuruq. Baş məşqçimiz və rəhbərlik həmişə belə anlarda bizə yaxşı dəstək verir.
- Qeyd etdiyimiz cəzalı futbolçuların bəziləri qarşıdan gələn "İnter" və "Qarabağ"la oyunları da buraxacaq. Bu, komandanızın turnir cədvəlinin aşağı pillələrinə enməsinə səbəb ola bilər?
- Xeyr, "Neftçi"yə gələn futbolçu ilk 11-lik üçün gəlmir. "Neftçi"yə ancaq layiq olan futobolçu gəlir. Ona görə də komandamızda olan bütün futbolçular əsas heyətdə oynamağa layiqdir. Biz özümüzə inanırıq.
Ramiq AĞAMƏMMƏDOV
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?