Pantiç: "Heç bir komandanı favorit saymaq olmaz"

Pantiç: "Heç bir komandanı favorit saymaq olmaz"
GÜNDƏM 14 Fevral 2014 / 13:51 1761
-  A +

“Əlbəttə, çox çətin qarşılaşma olacaq. Bunu qəbul edib, ciddi hazırlaşırıq. Nəticədə azarkeşlər maraqlı mübarizəyə şahidlik edəcəklər. Sabahkı oyunda heç bir komandanı favorit saymaq olmaz. Hər iki kollektivin çox güclü heyəti var".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç "Neftçi" ilə oyunöncəsi klubun rəsmi saytına açıqlamasında deyib.

Serbiyalı mütəxəssis "Neftçi" ilə oyuna 3 xal qazanmaq üçün çıxacaqlarını bildirib: "Statistikaya əsasən daxili çempionatda “Bakı”nın “Neftçi”ni ən böyük hesabla 5:1 və 3:0 yenməsi keçmişdə qaldı, bu günlə yaşamaq lazımdı. “Neftçi”nin bəzi aparıcı futbolçuları bizə qarşı oynamasa da, onlar yenə meydana 11 nəfərlə çıxacaq. Hər biri də “Bakı”ya qarşı daim döyüşməyə hazırdı. Bütün bunlar o demək deyil ki, nədənsə qorxuruq. Əksinə, meydana 3 xal üçün çıxacağıq. Bundan əvvəl televiziyada dumanlı görünən “Xəzər Lənkəran” – “Neftçi” görüşünü izlədim.

Hərçənd mübarizəni daha aydın görə bilmədim. Amma orada başverənlər Azərbaycan futbolu üçün böyük zərərdi. Bu gün daxili çempionat tədricən inkişaf edir. Belə hallar isə bu inkişafa xələl gətirir. “Bakı”ya gəlincə, mən elə bir komanda yaratmışam ki, bu, əsl idman kollektividir və bu kimi hallardan qaçırıq. Oyunçularım xoşagəlməz hallara yol verməz. Bura dava-qırğına yox, futbol oynamağa gəlmişik. Azərbaycan elə bir yerdir ki, yeni-yeni istedadlı futbolçular üzə çıxır. Biz məhz onların inkişafına dəstək verməliyik”.

Daha çox


Son xəbərlər