Ronaldo yenə cəzalandırıldı (VİDEO)

VİDEO 12 Fevral 2014 / 10:18 2411
-  A +

İspaniya kubokunun yarımfinal mərhələsində dünən baş tutan "Atletiko" - "Real" (0:2) matçı həyəcanlı anlarla yadda qalıb. Qol.Az-ın məlumatına görə, qarşılaşmanın birinci hissəsində "Real"ın hücumçu Kriştiano Ronaldo hava topuna yüksələrkən rəqib oyunçusu Xavyer Mankilyoya qarşı qaydanı pozub. O, başı üstə çox qorxulu şəkildə yerə yıxılıb. Az qala boynu qırılan futbolçuya xoşbətxlikdən ciddi bir şey olmayıb. Ronaldo isə etdiyi hərəkətə görə sarı vərəqə ilə cəzalandırılıb.
 
Qeyd edək ki, Ronaldo daha öncə "Atletik" (Bilbao) klubu ilə La Liqa matçında rəqibini vurduğu üçün qırmızı vərəqə ilə meydandan qovulmuşdu.



Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq